17 yaşlı gənc öldü, ölkə qarışdı- Foto


Brazilyanın San Paulo şəhərində 17 yaşlı gənc polis diqqətsizliyinin qurbanı olub. AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gəncin öldürüldüyü məhəllənin sakinləri və gəncin ailəsi polisə qarşı nümayişlər keçirib.

Həftə sonundan başlayan nümayişlər bu gün daha da şiddətlənib və nümayişçilər küçədəki avtobusları, eləcə də mağazaları yandırıb.

4 yük maşını və 5 avtobus yandırılıb. Ərazidə olan Tır parkının yandırılmaması üçün polis lazımi tədbirlər görüb. Bununla yanaşı polis bütün səylərinə baxmayaraq nümayişə müdaxilə etməkdə çətinlik çəkib.

Elcan Məmmədov
AzNews.az