- Köhnə - Dünya
- 29 Oktyabr 2013 21:00
- 3 772
Suriyada itkin düşən bacıları Breyvikin vəkili axtarır

İtkin bacılarının ailələriylə əlaqə yaradan Lippestad iki bacının tapılaraq ailələrinə təhvil verilməsi üçün Norveç polisi və Xarici İşlər Nazirliyindən kömək istəyib.
AzNews.az-ın Norveç mətbuatına istinadən verdiyi məlumata görə, Somali əsilli 16 və 19 yaşlarındakı qızların ataları qızlarını tapmaq üçün Türkiyəyə gedib.
Bacılar ən son Türkiyə-Suriya sərhədində görülüb.
Elcan Məmmədov
AzNews.az