Obamadan tapşırıq: “Telefonları dinləməyin”



ABŞ prezidenti Barak Obama Beynəlxalq Valyuta Fondu və Dünya Bankının Vaşinqtonda yerləşən mənzil-qərargahlarında telefon dinləmələrinə son qoyulması barədə tapşırıq verib.

AzNews.az "Reuters"ə istinadən xəbər verir ki, prezidentin tapşırığı hələ bir neçə həftə əvvəl verilib.

Prezidenti belə bir tapşırıq verməsinə son zamanlar bu ölkənin xüsusi xidmət orqanlarının dünya liderləri və ayrı-ayrı qurumların telefonlarını dinləməsi ilə bağlı qalmaqal səbəb olub.

Elnur
AzNews.az