Sərxoş kişi oteldə güllə yağdırdı


Misirin Qahirə şəhərindəki məşhur otellərdən birində atışma olub.

AzNews.az-ın Misirin rəsmi qəzeti "Al-Ahram"a istinadən verdiyi məlumata görə, insident Piramidalara gedən yol üzərində yerləşən otellərin birində baş verib. Spirtli içki qəbul etmiş şəxs insanlara atəş açmağa başlayıb. Xoşbəxtlikdən hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.

Rəhim Qədirov
AzNews.az