- Köhnə - Dünya
- 3 Noyabr 2013 22:30
- 2 934
Mursinin həbs olunduqdan sonra ilk- FOTOLARI
İyul ayında hərbi çevrilişlə tutduğu vəzifədən uzaqlaşdırılaraq həbs olunan Misirin sabiq prezidenti Məhəmməd Mursinin saxlanıldıqdan sonra çəkilən ilk şəkilləri yayılıb. Fotolar yerli "Əl Vətən" qəzeti yayıb.
Naməlum yerdə saxlanılan və ailə ilə görüşdürülməyən Mursinin daha əvvəl hərbçilərin nəzarətində şəkilləri yayılsa da bu fotoların daha sonra photoshop olduğu bildirilmişdi.
Qeyd edək ki, sabah Məhəməd Mursinin məhkəməsi var və sabiq prezident vətənə xəyanətdə, habelə aksiyaçılara atəş açmaq əmri verməkdə ittiham olunacaq.(anspress)