Partiyası İmaməli Rəhmonu prezident elan etdi


Tacikistanın Xalq –Demokratik Partiyası dünən keçirilən prezident seçkilərində hazırki dövlət başçısı İmaməli Rəhmonun qalib gəldiyini elan edib.

Partiya qərargahından verilən məlumata görə, İ.Rəhmon seçicilərin 85 faizinin səsini qazanıb. Dağlıq Bədəxşanda isə İmaməli Rəhmona seçicilərin 95 faizi səs verib. Lakin hələlik Seçki Komissiyası seçkilərin nəticəsi barədə rəsmi məlumat yaymayıb. Nəticələrin bu gün günortaya qədər elan ediləcəyi bildirilir.

Elnur
AzNews.az