Həbsxanada qarşıdurma: 6 ölü

Meksikanın şimalındakı həbsxanalardan birində çıxan döyüşdə 6 məhkumun öldüyü bildirilir.

AzNews.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə Teksas sərhədi yaxınlığındakı Reynosa şəhərindəki həbsxanalardan birində baş verib.

Həbsxanada aralarında düşmənçilik olan iki qrup arasında çıxan döyüş qanla bitib. Qruplardan birində olan 3 məhkum düzəltdiyi bıçaqla digər qrupun 6 üzvünü öldürüb.

Reynosa şəhərinin də daxil oldyğu Tamaulipas vilayəti narkotik mafiya mərkəzlərindən biri kimi qəbul edilir. Narkotik ticarətçiləri arasındakı rəqabət, tez-tez qanlı atışmalara səbəb olur.

Elman
AzNews.az