“Hayyan“ Çində də can aldı

Filippini viran qoyan və qeyri-rəsmi olaraq 10 mindən çox insanın həyatına son qoyan "Hayyan" superqasırğası Çinin cənubunda da fəsadlar törədib. Qasırğa nəticəsində regionda 8 nəfərin öldüyü bildirilir. Qasırğa Çinin cənubunda daşqın və torpaq sürüşmələrinə də səbəb olub. Şansi əyalətində daşqından 12 min sakin zərər çəkib.

Ən çox ziyan Haynan adasına dəyib. Burada küləyin çevirdiyi yük gəmisində olan 3 nəfər ölüb, 4 nəfər də itkin düşüb.

"Hayyan" superqasırğası nəticəsində Çinə 700 milyon dollar dəyərində maddi ziyan dəyib.(ANS PRESS)