Fələstinli gənclər İsrailin inşa etdiyi divarı dağıdıb

Onlarla fələstinli gənc gecə saatlarında Qüds ilə Əbu Dis və İyzeriye diyarları arasındakı divarı dağıdıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, fələstinli gənclərin İsrailin Qərb Şəriyə ilə Qüds arasında inşa etdiyi divarı dağıtması İsrail əsgərlərini hiddətləndirib.

Nəticədə İsrail əsgərləri ilə fələstinli gənclər arasında qarşıdurma yaşanıb və gənclərdən 3-ü yaralanıb. Şahidlərin bildirdiyinə görə, əsgərlər gecə saatlarına qədər divarda olan dağıntıları bərpa etməyə çalışıblar.

Fələstinin Statistika Mərkəzinin məlumatına görə, İsrailin Qərb Şəriyə ilə Qüds arasında inşa etdiyi divar Qərb Şəriyədə yaşayan və Qüdsdə qeydiyyatda olan təxminən 50 min adamın Qüdsdə yaşamağına maneçilik törədir.

AzNews.az