- Köhnə - Dünya
- 3 Dekabr 2013 22:51
- 2 378
ABŞ tarixinin ən iri bələdiyyə müflisliyi

ANS PRESS ABŞ telekanallarına istinadən bildirir ki, bu qərar şəhərin bələdiyyəsinə həmin borcların kiçik hissəsini qaytarmağa, müflislik haqqında qanunvericiliyə uyğun olaraq kreditorlardan qorunmasına imkan verəcək. Əgər borcları yenidən strukturlaşdıra bilsə, şəhər yeni abadlaşdırma proqrammı qəbul edəcək.
Bu, ABŞ tarixinin ən iri bələdiyyə müflisliyidir. Məhkəmə qərara alıb ki, şəhər kreditorlarla "vicdanlı" danışıqlar aparıb, amma mübahisəni həll edə bilməyib. Məhkəmənin qərarından şikayət edilə bilər.
Amerikanın avtomobil sənayesinin mərkəzi olan Detroyt artıq neçə illərdir ki, böhran içindədir. 1950-ci ildə əhalisi 2 milyon olan şəhərdə hazırda 700 min adam yaşayır. Vaxtilə ABŞ-ın 4-cü şəhəri olan Detroyt indi əhali sayına görə 18-ci yerə düşüb. Şəhərin küçələri işıqlandırma və kanalizasiya ilə bağlı problemi var. Minlərlə ev tərk edilib.
Hazırda avtomobil sənayesi böhrandan çıxıb və konsernlər şəhərin bərpası üçün ianə edirlər.
AzNews.az