Yanukoviç tərəfdarlarını küçəyə çıxartdı

Bu dəqiqələrdə Ukrayna prezidenti Yanukoviçin tərəfdarları Polşanın Ukrayna böyükelçiliyi qarşısında piket keçirir. Piketdə 100-ə yaxın şəxs iştirak edir. Onların çoxu orta yaşlı insanlar olsa da, mitinqçilərin adından danışan iki şəxsin təxminən 17-18 yaşları var. Prezident tərəfdarları Polşa hökumətini Ukrayna müxalifətini təşkilatlandırmaqda və hakimiyyətə qarşı qaldırmaqda ittiham edir. Müxalifətin Rusiya hakimiyyətinə qarşı səsləndirdiyi ittihamları piketçilər Polşa iqtidarına qarşı ünvanlayır. Polşa səfirliyinin əməldaşı piketçilərin tələblərini dinləmək üçün onlarla görüşüb. Tələbləri dinləyən diplomatik korpus nümayəndəsi piketçilərin rusca danışmasını onlara irad tutub və bildirib ki, Polşa baş verənlərə seyrçi mövqedədir və səslənən ittihamların heç bir əsası yoxdur. Piketin qətnaməsi oxunsa və səfirliyi təqdim edilsə də etirazçılar səfirlik binasının önündən dağılmayıb.

Kiyev milisi əraziyə bir neçə dəstə gətirərək binanın mühafizəsini gücləndirib.(Musavat.com)