Prezident ümumxalq dialoquna çağırdı

Ukrayna prezidenti Viktor Yanukoviç müxalifəti, bütün siyasi qüvvələri, ictimaiyyət təmsilçilərini ümumxalq dialoquna çağırıb. Bu barədə prezidentin saytında yerləşdirilən bəyanatda bildirilir:

"Mən həmişə qeyd edirəm ki, yeganə yol qarşılıqlı anlaşma yoludur. Bütün tərəflərin hərəkəti qanun və Ukrayna Konstitusiyası çərçivəsində olmalıdır".

Prezident müxalifəti ultimatumlardan imtina etməyə çağıraraq dəyirmi masa ətrafında müzakirələrə hazır olduğunu deyib.

Yanukoviç həmçinin dinc aksiyalara qarşı güc tətbiq edilməyəcəyini vurğulayıb.

Elnarə
AzNews.az