İraqda qətliam - 18 neftçi öldürüldü

İraqın şimal-şərqində naməlum şəxslər 18 neftçini qətlə yetirib. Musavat.com-un Reuters-ə istinadən verdiyi məlumata görə, qətliam Balad-Ruz şəhərində baş verib.

Öldürülənlərin 15-i İran vətəndaşı, 3-ü iraqlıdır.

Hadisəyə görə məsuliyyəti terrorçu təşkilatlardan heç biri üzərinə götürməyib.


AzNews.az