Vitse- prezidentin əmisi güllələndi


Venesuelada vitse-prezidentin 69 yaşlı əmisi güllələnərək öldürülüb.

Artıq qətldə şübhəli bilinən 2 nəfər saxlanılıb. AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Klauko Arreaseni maşınını qaçırmaq istıyən şəxslər güllələyib.
69 yaşlı şəxs maşın oğrularına müqavimət göstərib və əvəzində ölümlə üz-üzə qalıb.
Qeyd edək ki, onun qardaşı oğlu Xorxe Arreas 2013-cü ilin martından vitse-prezident kürsüsünə əyləşib.

Elnur
AzNews.az