"Biz insanlara zərər verən münaqişələrin olmasını istəmirik" "Biz insanlara zərər verən münaqişələrin olmasını istəmirik"

Con Kerri: “ABŞ baş verən hadisələri pisləyir”

"Biz insanlara zərər verən münaqişələrin olmasını istəmirik"




"Beynəlxalq ictimaiyyət Cənubi Sudanda baş verən zorakılıq halları ilə bağlı dərin narahatlıq hissi keçirir. Biz insanlara zərər verən münaqişələrin olmasını istəmirik. Bir il əvvələ kimi Sudan dövləti xalqını sülh və firavanlıq içində idarə edirdi. Problemin həllində sülh yeganə variantdır".

AzNews.az ABŞ dövlət departamentinin saytına istinadən xəbər verir ki, bu sözləri Con Kerri bildirib. O, həmçinin əlavə edib:

"Keçən axşam mən Cənubi Sudan hökumətinin prezidenti ilə danışdım. Onu Sudan vətəndaşlarının hüquqlarını qorumağa və barış istiqamətində işləməyə çağırdım. İndi çətin qərarları yalnız dialoq üsulu ilə həll etmək olar".

ABŞ Dövlət Departamentinin rəhbəri həmçinin, bildirib ki, Sudan rəhbərləri vətəndaşlara qarşı hücumu dayandırmalı və müxtəlif etnik qruplar arasında dialoqa yol açılmalıdır. Biz bu prosesi asanlaşdırmaq üçün öz köməyimiz təklif edirik. ABŞ Dövlət Departamentinin Cənubi Sudan üzrə səfiri Donald Booth regiona bu gün səfər edəcək.

ABŞ nümayəndəsi çıxışında qeyd edib ki, dünən Birləşmiş Millətlər Təşkilatının ofisinə hücumu pisləyirik. BMT-yə başsağlığı veririk və Sudan hökumətini hücumlardan çəkinməyə çağırırıq. ABŞ və digər ölkələr ümid edir ki, Sudan tezliklə öz problemini həll edəcək".

AzNews.az