- Köhnə - Dünya
- 21 Dekabr 2013 23:07
- 2 722
Maydan yenidən canlanır - VİDEO

Prezident Yanukoviç tərəfdarlarının mitinqində də sakitçilik hökm sürür.
Paytaxtdakı mitinqlərdən öz mənfəətləri üçün istifadə edən vətəndaşlar da az deyil.
Xüsusi təyinatlılardan müdafiə məqsədiylə müxalifətin paytaxt küçələrində qurduğu barrikadaların sökülməsinə başlanılıb. Qarşı tərəflər arasında məsələnin siyasi həlli tapılmadan barrikadaların sökülməsinə başlanılması isə Ukraynada daha bir inqilabın geridə qaldığından xəbər verir.
Müxalifətçilər isə barrikadaların qismən sökülməsinə baxmayaraq, geri qalan hissələrini qorumaqda qərarlıdırlar.
Ukraynanın baş prokuroru nümayişçilərə qarşı keçirilən əməliyyatları müdafiə edib.
Ukraynda ölkənin baş prokuroru Viktor Pşonka parlamentə müraciətində nümayişçilərə qarşı keçirilən əməliyyatları müdafiə edib. Onun sözlərinə görə, müxalifət rəhbərləri etirazçıları təhrik etməkdə ittiham olunmalıdırlar. Generalın bu sözləri isə, müxalifət nümayəndələrinin etiraz şüarlarına səbəb olub. Ukrayna müxalifəti bütün tərəfdarlarını bazar günü günorta saatlarında müstəqillik meydanında toplaşmağa çağırıb.
AzNews.az