- Köhnə - Dünya
- 25 Dekabr 2013 08:28
- 1 337
Sabiq baş nazir Hişam Qəndil həbs edildi

APA-nın "Əl Cəzirə" telekanalına istinadən verdiyi xəbərə görə, Hişam Qəndil Məhəmməd Mursinin prezidentliyi dövründə baş nazir vəzifəsində çalışıb. O, ötən gün axşam saatlarında paytaxt Qahirənin ətrafındakı evlərin birində saxlanılıb. Məlumata görə keçmiş baş nazir artıq "Müsəlman qardaşlar" hərəkatının bir çox liderlərinin saxlanıldığı Tora həbsxanasına yerləşdirilib. Bəzi məlumatlara görə, o qonşu Sudana qaçmağa hazırlaşırmış.
AzNews.az