Dindarlar Yeni ili keçirməyi qadağan etdi

Səudiyyə Ərəbistanının dini polisi ("əl-Mutava") ölkə vətəndaşlarına və krallıq ərazisində yaşayan xaricilərə Yeni ili bayram etməyi qadağan edib.
ANS "Ukaz" qəzetinə istinadən bildirir ki, qurum Səudiyyə üləmalarının yüksək şurası tərəfindən verilmiş fitva əsasında qərar çıxarıb. Fitvada əsas kimi müsəlmanların ay (hicri-qəməri) təqvimindən istifadə etdiyi göstərilib.

Nəşrin yazdığına görə, "əl-Mutava" əməkdaşları çiçək və hədiyyə satan mağazalara müraciət edərək həmin gün hədiyyə kimi təqdim edilə biləcək malları satmamağı tövsiyə edib.


AzNews.az