Mandela varislərinə 4 milyonluq miras qoyub


CAR - ın keçən ilin dekabrında vəfat edən cabiq prezidenti Nelson Mandela özündən sonra 4 milyondan çox miras qoyub.

AzNews.az Reuters - ə istinadən xəbər verir ki, bu pullar onun vəsiyyətinə əsasən ailəsinə, "Afrika milli konqresi" sağçı partiyaya, prezidentin sabiq həmfikirlərinə və bir neçə yerli məktəblərə çatacaq.
Buna baxmayaraq Mandelanın Mozambikdə və CAR - da görkəmli siyasi xadim kimi tanınan həyat yoldaşı Qrasa Maşel ona çatacaq paydan imtina edib. Qalan mirasçılar isə mirası qəbul etmək qərarına gəliblər - Reuters xəbər verib.
Mandelanı 3 övladının yanında torpağa tapşırıblar. O böyük oğlu Makato, qızı Makaziv və oğlu Tembekilin yanında uyuyur. Sabiq prezidentin üç qızı, 18 nəvəsi və 12 nəticəsi qalır.
Keçmiş Cənubi Afrika lideri ilə uzun müddətli vidalaşma mərasimi olub. Matəm mərasimi Yohannesburq şəhərətrafı futbol stadionunda başlayıb. Mandelaya son hörmətlərini bildirmək üçün mərasimə CAR - ın sadə vətəndaşları ilə bərabər ən azı 100 dövlət və hökumət başcıları da gəlib.
Xatırladaq ki, Nelson Mondela ömrünün 96 - cı ilində öz evində, ailəsinin əhatəsində Yohannesburq şəhərətrafı qəsəbədə vəfat edib. Axırıncı bir neçə ayı o ağ ciyər infeksiyasının kəskinləşməsindən əziyyət çəkirmiş.

Əli
AzNews.az