Prezident Qazaxıstanın adını “Қазақ елі“ edə bilər

Prezident Nursultan Nazarbayev Qazaxıstanın rəsmi adı ilə bağlı fikrini açıqlayıb. Trend-in məlumatına görə, bu barədə Qazaxıstan Prezidentinin rəsmi saytında bildirilib.

Nursultan Nazrbayev Atıraudakı İntellektual Məktəbə baş çəkərkən deyib: "Ölkəmziin adında Mərkəzi Asiyanın digər dövlətlərində olduğu kimi, "stan" sonluğu var. Ölkəmizin adının dəyişdirilərək "Қазақ елі" adlandırılması məsələsinə baxmaq olar, amma mütləq əvvəlcə bunu xalqla müzakirə etmək lazımdır".

Dövlət başçısı iclasda qeyd edib ki, ölkənin birliyini və tolerantlığını qoruyub saxlamaqla qarşıya qoyulan bütün məqsədlərə nail olmaq mümkündür: "Bizim üstünlüyümüz çoxmillətli xalqın müxtəlifliyidir".

AzNews.az