Ata ərindən icazəsiz küçəyə çıxan qızını öldürdü


İordaniyada ərinin icazəsi olmadan küçəyə gəzməyə çıxan qızını öldürən ata ilə bağlı məhkəmə keçirilib.


AzNews.az xəbər verir ki, qızını öldürən atanın cəzası azaldılaraq 10 ilə endirilib. Bundan əvvəl isə o, edam cəzasına məhkum edilmişdi.

Qatil məhkəmədə öz günahını etiraf edib. Qətli isə namusunu qorumaq üçün törətdiyini bildirib. Atanın sözlərinə görə, qızının küçəyə tək çıxması ailənin namusuna ləkə olub və bu ləkəni ancaq qanla təmizləmək mümkündür.

Elnur
AzNews.az