Alman polisləri 18 yaşlı türk gənci qanına boyadı


Almaniyanın Nürnberq şəhərində 47 yaşlı atası Cəmaləddin Değercan ilə mübahisə etdikdən sonra evə polis çağıran 18 yaşlı Camal Değercanı polislər tərəfindən möhkəm döyülüb.

Qanına qəltan edilən Camal Değercan sol gözünü itirimək təhlükəsi ilə üzləşib.

AzNews.az alman mətbuatına istinadən xəbər verir ki, Camal Değercan ayrı evdə yaşayan böyük qardaşının yanına köçmək istəyib.

Gedərkən digər qardaşına məxsus kompüteri da aparacağını söyləyib. Bununla bağlı ailədə mübahisə yaranıb. Camalın atası Cəmaləddinin bildirdiyinə görə, oğlu polis çağırdığı üçün evə 4 polis əməkdaşı gəlib. Gənci qandallayaraq küçəyə çıxaran polislər onu döyməyə başlayıb.

Nürnberqdəki türk konsulu Aşıb Kaya hadisəni araşdırdıqlarını söyləyib.

Elman
AzNews.az