Obama casusluqda ittiham olunur

ABŞ Konqresmeni Rend Paul prezident Barak Obamanı, Milli Kəşfiyyat İdarəsinin sədrini və FBI rəhbərini casusluq siyasətinə görə məhkəməyə verib.

Konqresmenin dediyinə görə, ölkə vətəndaşlarının telefon zənglərini dinləməklə məlumatların toplanması ABŞ Konstitusiyasının dördüncü düzəlişi "Hüquqlar haqqında Bill"-ə ziddir.

Hafta.az "Röyters" agentliyinə istinadən xəbər verir ki, Paul Rend məhkəmədə ABŞ kəşfiyyatının qanunsuz fəaliyyətini sübut etmək istəyir.

Qeyd edək ki, keçən il Milli Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Eduard Snouden mediaya ötürdüyü sənədlərlə ABŞ-ın məxfi işlərini ifşa etmişdi. Həmin sənədlərdən bəlli oldu ki, ABŞ vətəndaşlarının telefon danışıqlarını, elektron məlumatlarını izləyir. Eyni zamanda bir sıra Avropa ölkələrinin rəsmi şəxslərinin telefon danışıqlarını izləmək Milli Təhlükəsizlik İdarəsinin əsas vəzifələrinə daxil idi. Bundan sonra prezident Obama agentliyin işində bir sıra dəyişiklik etdi.

Ancaq buna baxmayaraq, ABŞ-ın yürütdüyü casusluq siyasəti dünyada kütləvi narazılığa səbəb olub. Gizli sənədləri ortaya çıxaran Snouden isə Rusiyada sığınacaq alıb orada yaşayır.


AzNews.az