Yanukoviçi müdafiə edən hər kəs öləcək – Şok proqnoz

"Yanukoviçi söz və əməlləri ilə müdafiə edən hər kəsi öldürməyə cəhd edəcəklər".

"Axar.az" xəbər verir ki, bu sözləri ukraynalı politoloq Aleksey Blyuminov öz Feysbuk səhifəsin son hadisələri şərh edərkən yazıb. O, hadisələrin əsas kulminasiya nöqtəsində olduğunu deyib: "İndi əsas kulminasiya anı yaxınlaşır. Yanukoviçin böhrandan sülhlə çıxmaq üçün heç bir variantı qalmayıb. Maydandakı insanlar qəddardırlar və geri çəkilmək niyyətləri yoxdur. Yaxın dəqiqələrdə Ukraynada böyük təmizləmə işləri aparılacaq. Bunu bütün tərəflər gözləyirdilər. Artıq odlu silahdanda istifadə ediləcək. Çoxlu Maydan iştirakçısı və Berkut nümayəndələri həlak olacaq. Bundan sonra isə ən maraqlı bir şey baş verəcək. Şəhərin mərkəzindəki küçələrdə döyüşlər başlayacaq və tezliklə bütün ətrafa yayılacaq. Yanukoviçi söz və əməlləri ilə müdafiə edən hər kəsi öldürməyə cəhd edəcəklər. Kiyevi qanlı gölə çevirmək cəhdi ABŞ və Avropa İttifaqının Yanukoviçə qarşı münasibətinin qəflətən dəyişməsi ilə nəticələnəcək. İğtişaşların qarşısını nə isə qeyri-adi bir şey ala bilər. Məsələn, Obamanın Yanukoviçə zəngi". Qeyd edək ki, bir müddət öncə saytımıza müsahibəsində Aleksey Blyuminov Maydana silahlı müdaxiləni ən sonuncu hal kimi dəyərləndirmişdi. O, məhz bundan sonra ölkədə iqtisadi böhranın pik həddə çatacağını və bunun Yanukoviçin sonu olacağını demişdi.


AzNews.az