“Müsəlmanların ən böyük düşməni NATO-dur“

"Əl Qaidə" ilə bağlı "Əş Şəbab" qruplaşmasının sözçüsü "Əl Cəzirə" kanalına rezonans yaradacaq açıqlamalar verib.


Anspress-in xəbərinə görə, Somalidəki "Əl Qaidə" ilə bağlı "Əl Şəbab" qruplaşmasının sözçüsü Şeyx Ali Direnin Qatarın "Əl Cəzirə" kanalında müsahibəsi yayımlanıb. O, danışığında müsəlmanların ən böyük düşməninin Nato və onun bir hissəsi qəbul etdiyi Türkiyə olduğunu deyib.

Xatırladaq ki, qruplaşma axırıncı dəfə cümə günü prezident sarayına hücum təşkil etmişdi. Həmçinin "Əş Şəbab"ın keçən il iyul ayında Moqadişudakı Türkiyə Səfirliyinə təşkil etdiyi hücumda bir Türkiyəli xüsusi hərəkat polisi şəhid olmuş, üç polis isə yaralanmışdı.

"Müsəlmanların ən böyük düşməni NATO-dur və Türkiyə də NATO-nun bir hissəsidir. NATO xristian birliyidir. NATO Türkiyəni müsəlmanları əzmək üçün çəkic olaraq istifadə edir. Hardasa türk görsək, onun bizim üçün amerikalılardan , ingilislərdən və "AMISOM"lardan (Afrika Birliyi Sülh Qüvvələri) fərqi yoxdur" - deyə açıqlamasında qruplaşma sözçüsü bildirib.

AzNews.az