İlin əvvəlindən qrip çoxlu can aldı - 620 nəfər


AzNews.az RİA Novosti - yə istinadən xəbər verir ki, ilin əvvəlindən donuz qripi də daxil olmaqla qripin müxtəlif formalarından Meksikada ölənlərin sayı 620 nəfəri ötüb. Qrip virusu ilə ümumi xəstələnənlərin sayı isə 5 - 6 mindən çox olub. Təkcə A/H1N1 donuz qripi ştammlarından 571 nəfər ölüb.
Meksika Səhiyyə nazirliyi xəstəliklə mübarizə məqsədilə pulsuz dərman preparatlarının verilməsi barədə qərar qəbul edib.
İlk dəfə virus ştammlarının spontan yayılması, hansı ki, o dəqiqə donuz qripi adlandırıldı, 2009 - cu ilin aprelində Meksikada baş verdib. Xəstəlik ilk dəfə donuzlarda müəyyən olunub, amma tezliklə insanlar da bu virusla yoluxmağa başlayıblar.


Əli
AzNews.az