- Köhnə - Dünya
- 3 Mart 2014 08:33
- 2 281
Con Kerri Kiyevə səfər edəcək

ABŞ dövlət katibi martın 4-də Kiyevə gedəcək
Bu barədə ABŞ administrasiyasının yüksək rütbəli nümayəndəsi jurnalistlərə bildirib.
"ABŞ dövlət katibi Kerri Ukraynaya səfər edəcək, o, çərşənbə axşamı Kiyevdə Ukraynanın keçid hökuməti ilə məsləhətləşmələr aparacaq", - nümayəndə bildirib.
"Kerri Ukraynaya siyasi dəstək vermək və onların ehtiyaclarına kömək etmək üçün başladığımız addımlar haqqında danışacaq ", - administrasiya nümayəndəsi əlavə edib.
AzNews.az