Putinin geri çəkilməsini Obama müsbət qarşılayıb

Bu gün Rusiya prezidenti Vladimir Putinin mətbuata verdiyi açıqlamasında Ukraynaya əsgər göndərməyin daha ehtiyac olmadığını deməsi Barak Obama tərəfindən müsbət qarşılanıb.

"Axar.az" xəbər verir ki, bu barədə rus mediası məlumat yayıb. Barak Obama Rusiyaya sağlam düşüncə ilə hərəkət etməyi və Ukraynada sabitliyin bərpası istiqamətində beynəlxalq təşkilatlara yardım etmək üçün hələ də Rusiyanın şansı olduğunu deyib. Obamanın çağırışının əksinə olaraq ABŞ Dövlət katibi Con Kerri Rusiyaya xəbərdarlıq edib. Con Kerri Rusiyanın hərbiçiləri geri çəkməməsi durumunda diplomatik, iqtisadi və siyasi sanksiyalar tətbiq etməkdən başqa yolları qalmayacağını deyib.


AzNews.az