- Köhnə - Dünya
- 11 Mart 2014 22:00
- 1 765
Qəzza zolağında partlayış

APA-nın "İTAR-TASS"a istinadən verdiyi xəbərə görə, insident Bayt-Hanun şəhəri yaxınlığında baş verib.
Partlayış nəticəsində ölən şəxslərin hamısı ərazini öz nəzarətində saxlayan HƏMAS hərəkatının hərbi qanadı – "İzzəddin Əl Həssam dəstəsi"nin üzvləridir. Məlumata görə, yaralılar arasında iki uşaq və qadın var. Onların vəziyyətinin ağır olduğu bildirilir. Partlayış nəticəsində yaxınlıqdakı tikililərə güclü zərər dəyib.
AzNews.az