- Köhnə - Dünya
- 19 Mart 2014 21:36
- 2 995
Ukrayna MDB-ni tərk edir
APA-nın UNİAN agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Parubiy bəyan edib.
Onun sözlərinə görə, müvafiq qərar Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında qəbul olunub.
Bununla belə, Parubiy Ukraynanın ərazi bütövlüyünün qarantı olan ölkələrin hərbçiləri ilə birgə hərbi təlimlərin keçirilməsi barədə müraciətin üzərində işlədiklərini bildirib.
AzNews.az