- Köhnə - Dünya
- 30 Avqust 2012 13:53
- 3 066
Əsədin qırıcı təyyarəsini də vurdular

MIQ-23 qırıcı təyyarəsinin vurulduğu iddia olunur
Suriya silahlı müxalifəti hökumət qüvvələrinə məxsus qırıcı təyyarəni vurub. AzNews.az-ın lenta.ru saytına istinadən verdiyi məlumata görə, MİQ-23 qırıcı təyyarəsi İdlib əyalətinin Daxabiya şəhərində vurulub.
Bununla belə, faktı təsdiq edən görüntülər kütləvi informasiya vasitələrinə təqdim edilməyib. Sadəcə bir nəfərin paraşütlə yerə enməsi ilə bağlı kadrlar ərəb televizyalarında yayımlanıb.
Xatırladaq ki, bundan əvvəl silahlı Suriya müxalifəti bir helikopter və bir təyyarənin vurulması ilə bağlı video görüntülər yayımlamışdı.
Sadiq
AzNews.az