Girov saxlanılan ATƏT müfəttişləri ilə görüş keçirildi

Almaniyalı polkovnik Axel Schneider Sloyanskda keçirilmiş mətbuat konfransında bildirib ki, onun özü də daxil olmaqla ATƏT-in hərbi müfəttişlərinin rusiyapərəst qüvvələr tərəfindən nə vaxt azadlığa buraxılacağını bilmir. "Evə nə vaxt buraxılacağımızı bilmirik...İmkan yaranan kimi qayıtmaq arzusundayıq", Axel Schneider bildirib.

Rusiyapərəst separatçılar tərəfindən təşkiil edilmiş mətbuat konfransında Axel Schneider onun və həmkarlarının fiziki təzyiqə məruz qalmadırlarını bildirib. Almaniyalı polkovnikin sözlərinə görə, Slovyanskın meri Vyaçeslav Ponomaryov Avropalı müşahidəçilərin təhlükəsizliyinə təminat verib. Almaniya Müdafiə Nazirliyinin məlumatına görə, cümə günü Slovyanskda tutulmuş ATƏT missiyasına Almaniyadan 3 müşahidəçi və 1 hərbi tərcüməçiilə yanaşı Daniya, Çexiya, Polşa və İsveçdən də ümumilikdə daha 4 hərbi müşahidsəçi daxildir.

Kiyev hakimiyyəti tərəfindən tanınmayan Slovyanskın meri Ponomaryov qeyd edib ki, müşahidəçilərin azad edilməsi barədə razılıq yaxın zamanlarda əldə olunacaq. Bu arada Ukrayna Təhlükəsizlik Şurası əməkdaşlarının tutulması faktını təsdiqləyib. Ponomaryovun sözlərinə görə, indi rusiyapərəst qüvvələr eləcədə 3 Ukrayna Təhlükəsizliyi zabitini tutub saxlayırlar.

Ukrayna Təhlükəsizlik Şurası 3 əməkdaşının Donetsk vilayətinin Qorlovka şəhərində silahlı şəxslər tərəfindən tutulduqları məlumatını təsdiqləyib.

Vaşinqtonun Moskvadan xahişi


Bu arada ABŞ Moskvanı ATƏT müfəttişlərini azad etməyə yardım göstərməyə səsləyib. ABŞ Dövlət Katibi John Kerry Moskvanı ATƏT hərbi müşahidəçilərini azad etmək üçün bütün imkanlardan istifadə etməyə çağırıb. ATƏT-in hərbi müfətişləri rusiyapərəst yaraqlılar tərəfindən Ukraynaın şərqində bir neçə gün bundan əvvəl oğurlanıb. Rusiya XİN rıəhbəri Sergey Lavrov ilə telefon danışığında John Kerry "Rusiya qoşunlarının Ukrayna sərhədi yaxınlığında təxribatçı yerdəyişməlirindən" narahatlığını da bildirib.

Şənbə günü Slovyansk şəhərində keçirilmiş brifinqdə yerli özünümüdafiə qüvvələrinin nümayəndəsi avropalı hərbi müşçahidəçilərin casus sayıldıqlarından hələlik azad edilməyəcəklərini bildirmişdi.
Rusiya XİN-i bəyanat yayaraq Moskvanın müşahidəçilərin azad olunması üçün bütün imkanlarından istifadə etmək niyyətində olduğunu vurğulayıb. Bu arada Reuter agentliyi Ukraynanın şərqində saxlanılmış ATƏT müfəttişlərinin azadlığa buraxılmasına nail olmaq üçün bu ölkəyə həmin təşkilatın daha bir qrup nümayəndəsinin yollandığnı bildirirb.
Reuter agentliyinin məlumatına əsasən, separatçılar tutduqları ATƏT müfəttişlərini Kiyev hakimiyyəti tərəfindən həbs olunmuş tərəfdarlarına dəyişə bilərlər. (BBC Azərbaycanca)