Hesabları dondurulan rusiyalıların siyahısı genişləndirilib

Avropa Birliyi (AB) ölkələri ərazisinə girişi qadağan edilən və Avropa banklarında hesabları dondurulan Rusiya vətəndaşlarının siyahısı genişləndirilib.

Musavat.com-un "Reuters"-ə istinadən verdiyi xəbərə görə, buna səbəb Kremlin Ukraynadakı gərginliyin aradan qaldırılmasında yetərli səy göstərməməsidir.

Yeni siyahıya Rusiya rəhbərliyinə yaxın daha 15 nəfərin adı daxil edilib. AB üzvü olan ölkələrin 28 diplomatının bu ortaq qərarı "üçüncü dərəcəli" sanksiyalar sayılır və Rusiyanı maliyyə bazarlarından təcrid eləməyə yönəlib. Bu sanksiyaların ölkə iqtisadiyyatına ciddi təsir edəcəyi gözlənilir.

Qərar milli hökumətlər tərəfindən təsdiqlənəndən dərhal sonra qüvvəyə minəcək.


AzNews.az