“Krımdan və şərq vilayətlərindən olan qaçqınların sayı 10 minə çatıb” - BMT


Ukraynada daxili köçkünlərin sayı durmadan artır. BMT-nin Qaçqınlar üzrə Ali Komissiyasının yaydığı məlumata görə, daxili köç Krımda mart referendumundan sonra artmağa başlayıb. Köçürülənlər arasında artıq ikinci dəfə köçməyə məcbur olanlar da var. Onlar əvvəlcə Krımdan, sonra isə Ukraynanın şərqindən köçməli olublar. Qeyd edək ki, köç edənlərin əksəriyyəti Krım tatarlarıdı. Lakin yerli hakimiyyət köçürülənlər arasında etnik ukraynalıların, rusların və qarışıq ailələrin də sayının artması barədə məlumat verib. Köçürülənlərin ən azı üçdə biri uşaqlardır.

Aydan