Anjelina Coli Bred Pitlə oynayacağı filmin ssenarisini özü yazacaq


Anjelina Coli həyat yoldaşı Bred Pitin rol alacağı kino layihədən danışıb. AzNews.az İTAR-TASS-a istinadən xəbər verir ki, cütlük birgə filmdə oynamağa hazırlaşır. Anjelina Colinin sözlərinə görə, bu film onların bu vaxta qədər etdiyi bütün işlərdən fərqlənəcək. A.Coli bildirib: "Mən hələ detalları aça bilmirəm. Lakin deyə bilərəm ki, bu çoxmilyonlu büdcəsi olan film və ya döyüş filmi deyil. Lakin bizim çox-çox sevdiyimiz filmdi. Bu eksperimental müstəqil film olacaq. Filmdə aktyorlara çoxlu müstəqillik veriləcək. Onların sınamaq və eksperiment aparmaq imkanı da olacaq".

Mətbuatda yayılan xəbərə görə, ssenarini Anjelina Coli özü yazacaq.

Aydan Axundova
AzNews.az