Kiyevdə dəhşətli qəza - Ölənlər var


Ukraynanın paytaxtı Kiyevdə dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

AzNews.az segodnya.ua-ya istinadən xəbər verir ki, Kiyevdə yol kəsişməsində qoyulan şlaqbaumun bağlı olduğuna məhəl qoymadan hərəkət edən "Mercedes-Vito" markalı mikroavtobus hərəkətdə olan yük qatarı ilə toqquşub.

Hadisə mayın 30-da yerli vaxtla 01:45 radələrində baş verib.
Qəza zamanı 3 nəfər ölüb, 4 nəfər isə yaralanıb.

Yaralılar paytaxtın Beloserkovski şəhər Xəstəxanasına yerləşdirilib. Xəsarət alanların vəziyyəti orta ağır qiymətləndirilir.

Aydan Axundova
AzNews.az