- Köhnə - Dünya
- 5 Sentyabr 2012 12:41
- 3 411
Gürcüstan qoşunlarını Əfqanıstandan çıxarır
Gürcüstanın öz hərbçilərinin Əfqanistandan çıxarması xəbəri rəsmən təsdiqlənməsə də qəzet bildirir ki, hökumətə yaxın dairələrdə artıq bu barədə müzakirələr aparılır. Müdafiə Nazirliyi isə hələlik məlumata münasibət bildirməyib.
Gürcü ekspertləri isə NATO ilə danışıqlar aparılmadan hərbi kontingentin bütünlüklə Əfqanıstandan çıxarılmasını mümkün hesab etmir. "Əgər belə fakt varsa, deməli hökumətdə vəziyyətin gərginləşəcəyinə dair məlumatlar var. Müharibə olmaya bilər, amma potensial təhlükələr mümkündür" deyə hərbi ekspert Qiorqi Tabdqiridze məsləyə münasibətində qeyd edib. Ekspertin fikrincə bu əsasən Suriyadakı vəziyyətlə bağlı ola bilər.
E.Əlosmanqızı
AzNews.az