İraqda 3 partlayış, 100 ölü, 400 yaralı

İraqda baş vermiş partlayış və silahlı toqquşmalar zamanı 100 nəfər ölüb, daha 400 nəfər isə yaralanıb.

AzNews.az-ın newsru.com saytına istinadən verdiyi xəbərə görə, paytaxt Bağdadda 3 minalanmış avtomobil partlayıb, bir neçə əldə düzəlmə qumbara isə şəhərin müxtəlif hissələrində işə düşüb. Onlardan ən güclüsünün şəhərin şiələr yaşayan hissəsində baş verdiyi bildirilir.

Qeyd edək ki, terror aktları sünni vitse-prezident Tarik Əl-Haşimi barəsində məhkəmə tərəfindən ölüm hökmü çıxarıldıqdan dərhal sonra baş verib. Bu isə əsas verir ki, terror aktları sünnilərlə şiələr arasında qarşıdurmaların nəticəsidir.

Sadiq
AzNews.az