- Köhnə - Dünya
- 1 Avqust 2014 16:51
- 3 590
İsrail ordusu ağır itki verdi

ANS PRESS-in məlumatına görə, bunu "Həmas"ın siyasi bürosunun rəhbəru Mussa Əbu Marzuk deyib.
Onun sözlərinə görə, israilli zabit atəşkəs elan edilməmişdən öncə qaçırılıb.
Qeyd edək ki, avqustun 1-də İsrail Qəzza sektorunda BMT-nin baş katibi Pan Gi Munun və ABŞ-ın dövlət katibi Con Kerrinin təklif etdiyi üç günlük humanitar barışığa razılıq verib.
C.Kerri Hindistana səfəri zamanı tərəflərin 1 avqust saat 08:00-dan etibarən atəşkəs barədə razılığa gəldiyini bəyan edib.
Bir müddət əvvəl Fələstin müqavimət hərəkatının bütün fraksiyalarının Qəzzada İsraillə 72 saatlıq barışığa razılıq verdiyini HƏMAS da təsdiqləmişdi.
Lakin atəşkəs rejimi 2 saatdan çox davam edib və İsrail Qəzza sektorunda hərbi əməliyyatlara davam etdiyini açıqlayıb.
Qeyd edək ki, İsrailin iyulun 7-dən başladığı hərbi əməliyyat nəticəsində indiyədək aralarında uşaq və qadınların da olduğu 1500-dən çox fələstinli öldürülüb, 7 mini isə yaralanıb.
İsrail ordusu isə 131 hərbçisini itirib.
AzNews.az