Ukrayna ordusu Donetskə hücum keçməyə hazırlaşır

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının məlumat mərkəzinin sözçüsü Andrey Lısenko ordunun Donetskə hücuma keçməyə hazırlaşdığını bəyan edib.

APA-nın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, Lısenko qeyd edib ki, hazırda hücuma hazırlıq işləri aparılır. O, ordunun artıq hücuma keçdiyi barədə rəsmi məlumatın olmadığını bildirib. Qeyd edək ki, bundan əvvəl "Azov" batalyonu komandirinin müavini İqor Mosiyçuk könüllülərdən ibarət "Azov" və "Şaxtyorsk" batalyonlarının Donetsk şəhərinə hücuma keçdiyini bildirib.

AzNews.az