Rusiyameyilli terrorçuların yaralıları daşıyan təcili-tibbi yardım maşınını minamyotdan atəşə tutması nəticəsində humanitar missiyanın əməkdaşlar həlak olub. Rusiyameyilli terrorçuların yaralıları daşıyan təcili-tibbi yardım maşınını minamyotdan atəşə tutması nəticəsində humanitar missiyanın əməkdaşlar həlak olub.

Separatçılar həkim briqadasını atəşə tutdu - Ölənlər var

Rusiyameyilli terrorçuların yaralıları daşıyan təcili-tibbi yardım maşınını minamyotdan atəşə tutması nəticəsində humanitar missiyanın əməkdaşlar həlak olub.


AzNews.az-ın yerli mediaya istinaqdən verdiyi məlumata görə, hadisə Ukraynanın Luqansk vilayətində baş verib.

Ukrayna "İnformasiya müqaviməti" qurumunun rəhbəri Dmitriy Tımçuk bildirib ki, Rusiya istiqamətindən Luqansk vilayətinin Makarov və Kamışnoe istehkam-postları artileriya qurğuları tərəfindən atəşə tutulub. Hərbçilər arasında itki olmasa da postlara ciddi ziyan dəyib.

Məlumatda o da qeyd olunub ki, ötən gün Luqansk hava limanı da iki dəfə "Dolu" artileriya qurğularından güclü atəşə tutulub. Aeroportun mühafizəsini həyata keçirən bir neçə texnika ziyan dəyib. Bundan sonra terrorçuların başlanan hücumu isə dəf edilib.



Əhməd
AzNews.az