“Qərbin Rusiyaya qarşı sanksiyalarına baxmayaraq, Ukraynadakı böhranla bağlı Vladimir Putinlə danışıqları davam etdirmək lazımdır”. “Qərbin Rusiyaya qarşı sanksiyalarına baxmayaraq, Ukraynadakı böhranla bağlı Vladimir Putinlə danışıqları davam etdirmək lazımdır”.

Merkel Putinlə danışıqların davam etdirilməsini dəstəkləyir

“Qərbin Rusiyaya qarşı sanksiyalarına baxmayaraq, Ukraynadakı böhranla bağlı Vladimir Putinlə danışıqları davam etdirmək lazımdır”.



APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu Almaniya kansleri Angela Merkel "Sächsische Zeitung" qəzetinə müsahibəsində deyib.

"Mən çalışıram ki, sanksiyalara baxmayaraq, Rusiya ilə danışıqlar qırılmasın", – deyə Merkel qeyd edib.

Kansler əlavə edib ki, rəsmi Berlinin Ukrayna böhranındakı mövqeyi məlumdur, Ukraynanın öz müqəddəratını azad və demokratik şəkildə müəyyən etməsini dəstəkləyir: "Amma bunu Rusiya da qəbul etməlidir. Danışıqlar yolu ilə razılığa gəlmək lazımdır".

AzNews.az