ABŞ İraqa yardım etdi

ABŞ Müdafiə Nazirliyi bildirir ki, İraqın şimalında dağlara qaçmış sakinlərin xilas edilməsi ehtimalı zəifdir.

Müdafiə naziri Çak Heyqel ABŞ hərbi təyyarələrinin islamçı qruplara qarşı hava zərbələri və sakinlərə havadan ərzaq yardımı Sincar dağında vəziyyəti bir qədər yaxşılaşdırdığını deyib.

Heyqel dağlarda olan insanların nisbətən yaxşı vəziyyətdə olduğunu bildirib.

O, hava zərbələrinin və ərzaq yardımının insanları ərazini tərk etmələrinə kömək etdiyini deyib.

Birləşmiş Ştatlar vəziyyətdən çıxış yollarının araşdırılması məqsədi ilə İraqa hərbi məsləhətçilər göndərib.

ABŞ prezidenti Barak Obama qoru qüvvələrin İraqa geri göndərilməsinə qarşı çıxıb.

Bu arada, seçkilərdə məğlub olmuş İraqın baş naziri Nuri Əl-Maliki beynəlxalq təzyiqə baxmayaraq, postunu tərk etmək istəmir. Cənab Maliki üçüncü dəfə vəzifəsinə davam etmək niyyətində olduğunu bildirib. O, federal məhkəmənin prezidentin onun rəqibinin baş nazir təyinatı ilə bağlı qərar çıxarmasınadək hakimiyyəti tərk etməyəcəyini deyib. (Müsavat)

AzNews.az