Fransa prezidenti konfrans çağırdı - “İŞİD“ə qarşı

Fransa prezidenti Fransua Olland "İslam Dövləti" (İŞİD) qruplaşmasına qarşı mübarizə mövzusunda müzakirələrin aparılması üçün beynəlxalq konfrans çağırıb. APA-nın "Le Monde" qəzetinə istinadən verdiyi xəbərə görə, Fransa prezidenti konfransın nə zaman keçiriləcəyini və kimlərin dəvət olunduğunu açıqlamayıb.

F. Olland radikal islamçı qruplaşmaya qarşı qlobal strategiyanın hazırlanmasının vacibliyi vurğulayıb: "Biz artıq müdaxilə və ya qeyri-müdaxilə məsələsinin ənənəvi müzakirəsinə uzun müddət davam edə bilmərik. Biz yaxşı silahlarla təchiz olunmuş, maliyyə vəsaiti olan, Suriya, Livan, İraq kimi dövlətlərdə nəzarəti ələ almaqda olan bir qrupla mübarizə aparmaq üçün qlobal strategiya hazırlamalı və mübarizə aparmalıyıq. Düşünürəm ki, 2001-ci ildən bu zamanadək rastlaşdığımız ən pis vəziyyətdir".

AzNews.az