Rusiyaya qarşı aksiya- VİDEO

Kiyev şəhərində yardım karvanının Ukraynaya icazəsiz daxil olması pislənib.

ANS TV-nin məlumatına görə, "Beynəlxalq Humanitar Yardım" adı altında Rusiyanın icazəsiz olaraq Ukrayna ərazisinə daxil olmasını beynəlxalq hüquq müstəvisində ölkə suverenliyinin pozulması kimi qiymətləndirilib.

"Associated Press" agentliyi yük maşınlarının Luqanska daxil olmasının görüntülərini yayımlayıb. Müharibədən əziyyət çəkən mülki əhali yardımın gəlişini sevinclə qarşılayıb. Rəsmi Moskva göndərdiyi 130-dan çox yük maşınında yalnız humanitar yardımın daşındığını bildirib.

Rusiyalı səfir Vitali Çurkin isə ölkəsinin mövqeyini müdafiə edərək, həmkarlarına Kiyevin Rusiyadan humanitar yardım ideyasını alqışlayan rəsmi məktub yolladığını xatırladıb. Çurkin ərzaq, su və digər təchizat vasitələri daşıyan yük maşınlarında hərbçilərin olması ideyasını qəti şəkildə təkzib edib.

Ekspertlər hesab edir ki, Rusiya karvanına istənilən hücum Moskvanın Ukrayna müharibəsinə daha dərindən müdaxilə etməsinə bəhanə ola bilər.

Paytaxt Kiyevdə onlarla şəhər sakini Rusiya benzininin satılmasına qarşı çıxaraq, yerli yanacaq doldurma məntəqəsinə hücum edib. Rusiyanın ikinci ən iri neft şirkətinə məxsus məntəqə önünə toplaşan maskalı şəxslər Rusiya yanacağını boykot etməyə çağırıblar. Ukrayna münaqişəsi başlanandan, paytaxtda əksər ukraynalılar Rusiya məhsullarını almamağa, onların restoran və kafelərində yemək yeməməyə qərar verib.



AzNews.az