Ukraynanın şərqinə humanitar yardım çatdıran rus avtomobil karvanı missiyasını başa vurub. Ukraynanın şərqinə humanitar yardım çatdıran rus avtomobil karvanı missiyasını başa vurub.

Rusların müəmmalı humanitar yardım missiyası...

Ukraynanın şərqinə humanitar yardım çatdıran rus avtomobil karvanı missiyasını başa vurub.



Anspress-in məlumatına görə, missiyanın əsas hədəfi hələ ki, çoxlarına qaranlıq olaraq qalır. Bir müddət əvvəl Kiyev rəhbərliyi avtomobil karvanını separatçıların silahlandırması üçün "Troya atı" ilə müqayisə edirdi. Lakin avropalı rəsmilərin də nəzarəti altında keçən gömrük yoxlamalar zamanı avtomobillərdə silah tapılmadı.

Ötən gün isə, avtomobil karvanı Rusiya ərazisinə keçdikdən sonra Luqanskda hərbi zavoddan hərbi texnikanın yoxa çıxdığı məlum olub. Bu barədə ölkənin milli təhlükəsizlik və müdafiə şurasının mətbuat katibi Andrey Lisenko açıqlama verib.

"Əməliyyatçıların əldə etdiyi informasiyaya əsasən, Ukraynaya humanitar yardım pərdəsi altında gələn avtomobil karvanına Topaz məhsulları yüklənib" - deyə Lisenko qeyd edib.

AzNews.az