- Köhnə - Dünya
- 27 Avqust 2014 11:14
- 5 498
“Ukraynada ölənlərin sayı 2200-ü keçib”- BMT-nin hesabatı
Birləşmiş Millətlər Təşkilatı (BMT) Ukraynanın şərqindəki vəziyyətlə bağlı aralıq hesabat hazırlayıb.
AzNews.az-ın "Azadlıq" radiosuna istinadən verdiyi məlumata görə, hesabatda bildirilib ki, Ukraynanın cənub-şərqində rusiyameyilli silahlı qüvvələr döyüşür: "Bu döyüşçülər bölgədə baş verən bir çox cinayət hadisələrinin iştirakçılarıdırlar. Silahlılar qətl, adam oğurluğu, zorlama, silah-sursat satışı ilə məşğul olurlar".
Hesabatda qeyd olunub ki, döyüşlərin başladığı aprel ayından indiyə kimi ölənlərin sayı 2200-ü keçib: "Hər gün minimum 36 nəfər döyüşlərdə ölür".
Sənəddə separatçıların əsir və girovlara qarşı da amansızlıq etdikləri vurğulanıb: "İyulun 16-dan avqustun 17-dək olan müddətdə separatçıların əsirliyində azı 468 nəfər saxlanılır".
Məhəmməd
AzNews.az