Ukrayna İlovayskda böyük itki verdi-Şok görüntülər

Rusiya ilə sərhəddə yerləşən Donetsk vilayəti İlovaysk şəhəri uğrunda gedən döyüşlərdə Ukrayna Ordusunun böyük itki verdiyi açıqlanıb.

AzNews.az-ın məlumatına görə, bu barədə xəbəri Ukraynanın Dneprepetrovsk vilayət Dövlət Administrasiyasının rəhbəri Boris Filatov verib.

O deyib ki, şəhər uğrunda gedən döyüşlərdə 100-dən artıq ukraynalı hərbçi həlak olub.

B. Filatovun sözlərinə görə, separatçılar Rusiya Ordusunun hərbi artileriya sistemlərinin dəstəyi ilə Ukrayna hərbçilərinin mövqelərini dağıtmağa müəssər olub: "Müharibə bütün dəhşətləri ilə davam edir. Artıq hər iki tərəf bir-birinə faşist gözü ilə baxır".

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasından isə bildirilib ki, İlovaysk şəhəri ətrafında gedən döyüşlərdə 200-ə yaxın Ukrayna hərbçisi əsir götürülüb.





Məhəmməd
AzNews.az