- Köhnə - Dünya
- 4 Sentyabr 2014 18:14
- 2 915
Altı minə yaxın İraq türkməni hərbi təlimlərə cəlb olundu

APA-nın Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, Türkmən Cəbhəsinin liderlərindən Haydar Əli Çolak bildirib ki, terrorçuların nəzarətindəki Mosul vilayətinin Təlafər bölgəsindən minlərlə türkmən cənub şəhərlərinə sığınıb.
"Hazırda bu insanların içindən seçilən 6 min nəfər Kərbəla və Nəcəf şəhərlərindəki hərbi düşərgələrdə silahdan istifadə ilə bağlı təlimlər keçir", - deyə H.Çolak qeyd edib.
Onun sözlərinə görə, təlimlərə qatılmış türkmənlər İraq ordusu tərəfindən Telafer mahalına təşkil olunacaq hərbi əməliyyatda iştirak edəcəklər. Sözügedən bölgə iyunun 25-dən "İslam dövləti" qruplaşmasının nəzarətindədir.
AzNews.az