Bu gün Belorusun paytaxtı Minskdə Ukraynanın cənub-şərqində atəşkəsə nail olunması məqsədilə işçi qruplar arasında görüş keçiriləcək. Bu gün Belorusun paytaxtı Minskdə Ukraynanın cənub-şərqində atəşkəsə nail olunması məqsədilə işçi qruplar arasında görüş keçiriləcək.

Ukrayanada silahlar susacaqmı? – Bu gün həlledici gündür

Bu gün Belorusun paytaxtı Minskdə Ukraynanın cənub-şərqində atəşkəsə nail olunması məqsədilə işçi qruplar arasında görüş keçiriləcək.



AzNews.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, görüşdə atəşkəs qərarının veriləcəyi gözlənilir.

Toplantıda Rusiyanın və ATƏT-in təmsilçiləri də iştirak edəcək.

Ukrayna prezidenti Petr Poroşenko toplantıda veriləcək atəşkəs qərarına imza atmağa hazır olduğunu söyləyib.

Rusiya prezidenti Vladimir Putin də münaqişənin həlli üçün 7 maddədən ibarət təkliflərini də açıqlayıb.

Putin Ukrayna ordusunun Donetsk ve Luqansk vilayətlərində həyata keçirdiyi əməliyyatları dayandırmağa çağırıb.

Xatırladaq ki, Avropa liderlərinin də iştirakı ilə ötən gün Londonda keçirilən NATO sammitində bu gün saat 14.00-dan atəşkəsin elan olunmasına dair ilkin razılaşma əldə olunmuşdu.

Məhəmməd
AzNews.az